Leo Messinin "Barselona"ya qayıdıb-qayıtmayacağı mövzusu hələ də müzakirə olunur.

Offsideplus.az xəbər verir ki, Lionel Messi prezidentliyə namizədlərə futbolçu kimi “Barselona”ya geri dönmək istəmədiyini bildirib. Argentinalı ulduz Avropada futbolun tempinin artıq ona uyğun olmadığını vurğulayıb.
“Bir il və ya yarım illik də olsa, futbolçu kimi geri dönüş olmayacaq. Avropada oyunun tempi artıq mənə uyğun deyil”, – deyə Messi qeyd edib.

Bundan əlavə, Messi heç bir namizədi açıq şəkildə dəstəkləmək niyyətində olmadığını açıqlayıb. O, yalnız vida oyunu çərçivəsində adının istifadə olunmasına icazə verəcəyini, bundan başqa heç bir formada prosesə qoşulmayacağını bildirib.