EN

Masazırda tikinti qalmaqalı: Evlər arasında bir qarış məsafə VİDEO

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Abşeron rayonu, Masazır qəsəbəsi, Rafiq Dünyamalıyev küçəsində yaşayan sakinlər evlərinin yaxınlığında inşa edilən fərdi yaşayış evlərindən narazıdırlar.

Sakinlərin sözlərinə görə, yeni tikilən evlər arasında məsafə demək olar ki, bir qarışdır. Qanunvericiliyə əsasən, əgər fərdi yaşayış evinin hündürlüyü 10 metrdirsə, tikililər arasında - yəni divarlar arasında məsafə minimum 3 metr olmalıdır. Bildirilir ki, sözügedən ərazidə bu formada ondan artıq ev inşa edilib.

Sakinləri maraqlandıran əsas sual isə budur: bu tikililərə kim və necə icazə verib?

Masazırda tikinti qalmaqalı: Evlər arasında "bir qarış" məsafə - VİDEO

Şikayətçilərdən biri Baku TV-yə açıqlamasında bildirib:

"Bizə çox maraqlıdır ki, buna Fövqəladə Hallar Nazirliyi və İcra Hakimiyyəti necə razılıq verir? Bir evi ortadan bölüb, iki giriş qapısı qoyaraq necə satışa çıxarmaq olar? Biz araşdırılmasını istəyirik ki, niyə bizə narahatlıq yaradılır? Həyətdə beton tökülür. Deyirik ki, uşağı məktəbə aparmalıyam, işə getməliyəm. Cavab verirlər ki, sizə taksi çağıraq və ya piyada gedin, maşını çıxarmayın, burada iş gedir".

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, təxminən iki ilə yaxın müddətdə inşa edilən, lakin əraziyə nəzarət zamanı aşkarlanan qanunsuz tikilinin inşası dayandırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
36
2
oxu.az

3Sources