EN

Talibandan şok: Pakistanın hərbi bazasını ələ keçirdik!

Axar.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Əfqanıstan qüvvələri Pakistanın bir hərbi bazasını və 19 sərhəd-keçid məntəqəsini ələ keçirib.

Axar.az “Tolo Nyus”a istinadən xəbər verir ki, bu barədə Əfqanıstan hökumətinin sözçü müavini Həmdullah Fitrat deyib.

O, həmçinin döyüşlərdə Pakistanın 55 hərbçinin öldürüldüyünü də əlavə edib.

Qeyd edək ki, sərhədyanı ərazilərdə bir neçə məntəqəni ələ keçirən Əfqanıstanın Taliban qüvvələri Pakistanın bölmələrinin əks-hücumu ilə geri çəkilməyə məcbur edilib.

Tərəflərin itkiləri ilə bağlı müxtəlif rəqəmlər səsləndirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
34
axar.az

1Sources