EN

Pakistandan əks həmlə -

Pakistan ordusu Əfqanıstanla sərhəddə cavab əməliyyatları həyata keçirib. Metbuat.az xəbər verir ki, qarşıdurma zamanı "Taliban"ın azı 30 döyüşçüsü öldürülüb. Bu barədə Pakistan mediası məlumat yayıb. Bildirilir ki, Pakistan ordusu əfqanların Pakistanın sərhəd məntəqələrinə hücum cəhdlərinin qarşısı alınıb.

Qeyd edək ki, Əfqanıstan Pakistanın hərbi obyektlərinə qarşı əməliyyat başlatdığını bəyan etmişdi. Əfqanıstan hökumətinin sözçüsü Zəbihullah Mücahidin sözlərinə görə, Pakistanın bundan əvvəlki hücumlarına cavab olaraq, sərhəddə yerləşən Durand xətti boyunca Pakistan hərbi obyektlərinə qarşı hərtərəfli əməliyyatlar başladılıb. Zəbihullah Mücahid sərhəddə Pakistana məxsus bir neçə məntəqənin ələ keçirildiyini irəli sürmüşdü.

Chosen
9
metbuat.az

1Sources