“Taliban” döyüşçüləri Pakistan sərhədindəki məscidlərdə mövqe tutmağa başlayıblar.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Əfqanıstanın “Taliban” hərəkatının yaraqlıları Pakistanla sərhədin bir addımlığında — Spin-Boldaq məntəqəsi yaxınlığındakı məscidlərdə döyüş mövqeləri tutmağa başlayıblar.
Məlumata görə, silahlıların məhz ibadət yerlərində yerləşməsi sərhəd zolağında hərbi hərəkətliliyin və gərginliyin artması fonunda baş verir.
Spin-Boldaq hər iki ölkə üçün mühüm strateji keçid məntəqəsi hesab olunur.
Hazırda ərazidə hərbi qüvvələrin cəmləşməsi müşahidə edilir.
Xuraman Etibarlı
İnterpress.az