EN

eBay dünya miqyasında 800 əməkdaşını işdən çıxaracaq

eBay dünya miqyasında 800 əməkdaşını işdən çıxaracaq

Onlayn hərrac xidməti göstərən e-ticarət nəhəngi "eBay" qlobal miqyasda işçi qüvvəsinin 6 faizinə bərabər olan 800 ştat vahidini ixtisar edəcəyini açıqlayıb.

AFN.az xəbər verir ki, şirkət sözçüsü tərəfindən verilən bəyanatda biznesin ümumi fəaliyyətində yenidən investisiya qoyuluşunun reallaşdırılması və korporativ strukturun strateji prioritetlərə uyğunlaşdırılması üçün müvafiq addımların atıldığı bildirilib.

Açıqlamada qeyd olunub ki, bu proses işçi qüvvəsində müəyyən vəzifələrə təsir göstərəcək: "İxtisara düşən əməkdaşların fəaliyyətinə və verdiyi töhfələrə görə minnətdarıq. Onlara bu müddət ərzində lazımi diqqət və hörmət çərçivəsində dəstək olmaqda qərarlıyıq".

Eldə edilən məlumata görə, 800 vəzifənin ləğv edilməsi nəzərdə tutulsa da, "eBay" şirkət strategiyası ilə üst-üstə düşən prioritet sahələr üzrə yeni kadrların işə qəbulu prosesini davam etdirəcək. Bu addım şirkətin uzunmüddətli inkişaf planının bir hissəsi kimi qiymətləndirilir.

Chosen
27
afn.az

1Sources