EN

Tanışını öldürmək üçün “killer” tutdu; o da polisə məlumat verdi VİDEO

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

Tanışını öldürmək üçün “killer” tutan iş adamı saxlanılıb. Avtosfer.az xəbər verir ki, hadisə Rusiyanın Orenburq şəhərində baş verib.

Məlumata görə, 49 yaşlı yerli iş adamı, ona 15 milyon rubl (333.474 manat) borcu qaytarmayan tanışını öldürmək üçün muzdlu qatillə razılaşıb və 7,5 milyon rubl (166.737 manat) vəd verib. Qatilə maşın və silah təşkil etdikdən sonra öldürəcəyi adamın fotosunu göstərib. Hər hansı bir səhv olmasın deyə qurbanın gündəlik həyatını ətraflı təsvir edib. Lakin, “muzdlu qatil” bütün planı hüquq-mühafizə orqanları ilə əlaqə saxlayaraq söyləyib.

İş adamı sifarişi yerinə yetirməsi üçün qatilə pulu vermək üçün yer təyin edib. Ünvana gələn iş adamı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfində saxlanılıb.

Namiq Musayev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
32
avtosfer.az

1Sources