EN

ABŞ bu şərtləri irəli sürdü, İran rədd etdi Müharibə başlayır?

ain.az bildirir, Bakupost saytına əsaslanaraq.

Bu gün Uitkoff və Kuşner Cenevrədə İranla danışıqların növbəti raundunu başa çatdırıblar, yəqin ki, son danışıqlardır. Danışıqlar üç saat davam edib.

Bakupost.az xəbər verir ki, bu barədə politoloq Kamran Cəfərov qeyd edib.

“ABŞ İran qarşısında aşağıdakı tələbləri irəli sürüb:

- Fordo, Natanz və İsfahan da daxil olmaqla, bütün üç nüvə obyektinin məhv edilməsi;

- Bütün zənginləşdirilmiş uranın ABŞ-a təhvil verilməsi;

- Uranın zənginləşdirilməsinin tam sıfırlanması, lakin İran Tehrandakı tədqiqat reaktorunu saxlaya bilər;

- İlkin mərhələdə sanksiyaların məhdud yumşaldılması mümkündür. İran şərtlərə əməl edərsə, bu yumşalma genişləndiriləcək;

- Razılaşma müddətsizdir.

Artıq məlumatlar yayılır ki, İran bu şərtləri birmənalı rədd edib.

Bir neçə saatdan sonra Trampın Ağ Evdə Pentaqonun rəhbərliyi və Milli Təhlükəsizlik Şurasının üzvləri ilə İran məsələsi üzrə iclası keçiriləcək və orada qərar qəbul oluna bilər”, - politoloq bildirib.

Xatırladaq ki, bu gün Cenevrədə ABŞ-İran danışıqlarının növbəti raundu keçirilib.

Asena,

BakuPost

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
14
www.bakupost.az

1Sources