EN

Nüvə dövlətinə hücum edildi, cavabı ağır oldu Video

Bakupost saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Əfqanıstan hərbi hakimiyyəti bir neçə gün əvvəl Pakistanın hava hücumlarına cavab olaraq bu ölkəyə zərbələr endirməyə başlayıb.

Bakupost.az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” məlumat yayıb.

Bildirilib ki, Pakistan qüvvələrinin Nəngərhar və Paktiya əyalətlərində həyata keçirdiyi son hava hücumlarından sonra cümə axşamı ağır toqquşmalar başlayıb.

TASS-ın yaydığı məlumatda isə hücumlar nəticəsində Əfqanıstan qüvvələrinjn Pakistanın səkkiz sərhəd məntəqəsini ələ keçirdiyi bildirilib.

Məlumatına görə, Nənqərhar əyalətinin Qoşt rayonunda, eləcə də Kunar əyalətində müəyyən nöqtələr ələ keçirilib.

Pakistan ordusu isə Talibanın istehkamına tank əleyhinə idarə olunan raketlə zərbə endirib.

Taliban sərhəd boyunca on mövqeni ələ keçirdiyini və beş obyekti məhv etdiyini iddia edib.

Pakistanın İnformasiya Nazirliyi Əfqanıstan tərəfində ağır itkilər olması barədə məlumat yayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
19
www.bakupost.az

1Sources