EN

Məşhur amerikalı marafonçu Ceff Qallouey 80 yaşında vəfat edib

Məşhur amerikalı marafonçu Ceff Qallouey 80 yaşında vəfat edib

Dünya qaçış idmanının əfsanəvi simalarından biri, "qaçış-gəzinti-qaçış" metodikasının müəllifi, amerikalı marafonçu Ceff Qallouey 80 yaşında dünyasını dəyişib.

AFN.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb. Bildirilir ki, idmançı Florida ştatının Pensakola şəhərindəki xəstəxanada hemorragik insult (beyin qanaması) nəticəsində vəfat edib.

Qallouey idman tarixinə təkcə uğurlu atlet kimi deyil, həm də milyonlarla insanın sağlam həyat tərzinə başlamasına kömək edən metodikanın yaradıcısı kimi düşüb. Onun müəllifi olduğu "run-walk-run" (qaçış-gəzinti-qaçış) sistemi xüsusilə yeni başlayanlar üçün fiziki yüklənməni tənzimləməyə və zədələrdən qaçmağa imkan verirdi.

Yaradıcılıq fəaliyyəti dövründə o, qaçış hazırlığına dair bir neçə nüfuzlu kitabın müəllifi olub. İdman karyerası ərzində ABŞ-ın yüngül atletika üzrə olimpiya yığmasının üzvü olan Qallouey, 1970-ci illərdə 10 mil (16 km) məsafəyə qaçışda 47 dəqiqə 49 saniyəlik nəticə ilə ölkə rekorduna imza atmışdı. O, həmçinin Honolulu və Hyuston marafonları kimi mötəbər yarışların qalibi olub.

Chosen
50
46
afn.az

10Sources