EN

Cərimə xəbəri yalan çıxdı? – Dövlət Xidməti açıqlama yaydı – YENİLƏNİB

Bəzi media orqanlarında əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Jalə Əhmədovaya qurum tərəfindən cərimə tətbiq edilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir və tamamilə əsassızdır.

Dövlət Əmək Müfəttişliyi Xidmətindən Editor.az-a verilən məlumata görə, “İDDO Psixi Sağlamlıq Proqramı” ictimai birlik deyil, müddətli proqram kimi fəaliyyət göstərir.

Həmin proqramla bağlı Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən hər hansı inzibati cərimə tətbiq olunmayıb.

Kütləvi informasiya vasitələrindən xahiş olunur ki, hər hansı qurum və ya vəzifəli şəxs barədə məlumat yayarkən rəsmi mənbələrlə dəqiqləşdirmə aparsınlar.

“İDDO Psixi Sağlamlıq Proqramı” İctimai Birliyinin rəhbəri Jalə Əhmədova barəsində inzibati protokol tərtib edilib.

NOCOMMENT.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi (Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının fəaliyyətinə mane olma) üzrə rəsmiləşdirilib.

Qərara əsasən, Jalə Əhmədova 2 min manat məbləğində cərimə olunub.

Bildirilib ki, İctimai Birlikdə çalışan əməkdaşlardan biri əmək hüquqlarının pozulması ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edib.

Xidmət məsələ ilə əlaqədar İctimai Birliyə rəsmi məktub ünvanlayaraq, şikayətdə adı çəkilən vətəndaşa aid sənədlərin 7 iş günü ərzində təqdim olunmasını tələb edib.

Lakin göstərilən müddət ərzində həmin sənədlər Xidmətə təqdim edilməyib.

Bu səbəbdən də Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə protokol tərtib edilib. (Teleqraf)

Chosen
7
18
editor.az

10Sources