EN

Meksikada keçiriləcək Dünya Kuboku mərhələsi ləğv edildi

Meksikada keçiriləcək Dünya Kuboku mərhələsi ləğv edildi

Beynəlxalq Üzgüçülük Federasiyası (World Aquatics) suya tullanma üzrə Dünya Kubokunun Meksikada keçirilməsi planlaşdırılan ikinci mərhələsini ləğv edib.

AFN.az xarici KİV-ə istinadən xəbər verir ki, qərar regionda təhlükəsizlik risklərinin artması ilə əlaqədardır.

Yarışlar martın 5-dən 8-dək Meksikanın Xalisko ştatında, Sapopan şəhərində baş tutmalı idi. Lakin qurumun mətbuat xidməti rəsmi bəyanatında bildirib ki, hazırkı ictimai təhlükəsizlik səviyyəsi idmançıların və iştirakçıların həyatını riskə ata bilər. Federasiya üçün prioritetin insanların təhlükəsizliyi olduğu vurğulanıb.

İğtişaşların səbəbi: narkobaronun öldürülməsi

Qeyd edək ki, Meksikadakı gərginliyə səbəb ölkənin Müdafiə Nazirliyinin keçirdiyi xüsusi əməliyyat olub. Əməliyyat zamanı "Xalisko Yeni Nəsil" narkokartelinin başçısı, "El Menço" ləqəbli Ruben Oseqera Servantes məhv edilib. Bundan sonra ölkə boyu magistral yolların bağlanması, avtomobillərin və ticarət obyektlərinin yandırılması ilə müşayiət olunan kütləvi iğtişaşlar başlayıb. Prezident Klaudiya Şeynbaum vəziyyətin nəzarətə götürüldüyünü desə də, beynəlxalq qurum risk etməməyi üstün tutub.

Pekində keçiriləcək Dünya Kubokunun superfinalına vəsiqələr Monreal mərhələsinin (26 fevral - 2 mart) nəticələrinə əsasən veriləcək.

Chosen
51
afn.az

1Sources