ain.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.
Əlcəzairdə Rusiya istehsalı olan Su-57 qırıcı təyyarələri müşahidə olunub.
Turkustan.az xəbər verir ki, sosial mediada yayılan foto və videolarda beşinci nəsil Su-57E Felon qırıcı təyyarələrinin Əlcəzair hava məkanı üzərində uçduğu göstərilir. Bu inkişafla Əlcəzair Rusiya xaricində Su-57-nin ilk istifadəçisi və Şimali Afrikada beşinci nəsil qırıcı təyyarəyə sahib olan ilk ölkə olur.Bu Əlcəzairin bölgədəki hava gücünü əhəmiyyətli dərəcədə artırır. Su-57E Felon, aşağı görünürlük (gizli) imkanları, inkişaf etmiş radar sistemləri və uzaq mənzilli sursat tutumu sayəsində Rusiyanın ən inkişaf etmiş döyüş təyyarəsi platforması kimi tanınır.Əlcəzair və Rusiya arasında 12 Su-57 təyyarəsinin tədarükü ilə bağlı müqavilə 2024-cü ilin noyabr ayında imzalanıb. Müqaviləyə əsasən, tədarüklər mərhələli şəkildə planlaşdırılıb:2025: 2 ədəd2026: 6 ədəd2028: 4 ədədBu cədvəl təyyarələrin Əlcəzairin inventarına tədricən əlavə edilməsini nəzərdə tutur.
Aytən Yaşar/ Turkustan.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.