EN

"Şamaxı" və "Kəpəz" cərimələndilər

Ajans.az xəbər verir ki, müvafiq qərar qurumun İntizam Komitəsinin son iclasında verilib. "İmişli" - "Şamaxı" qarşılaşmasında qonaq komandanın heyətində dörd oyunçu sarı vərəqə aldığına görə klub 700 manat məbləğində cərimələnib. "Sabah" - "Kəpəz" görüşünün 90+8-ci dəqiqəsində isə Gəncə klubunun üzvü Şakir Seyidov ciddi qayda pozuntusuna yol verdiyi üçün birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb.

Nəticədə futbolçu iki oyunluq diskvalifikasiya olunub, "Kəpəz" klubu isə buna görə 1000 manat məbləğində cərimələnib.

Chosen
5
4
Ajans.az

5Sources