EN

İftardan sonra yatanların nəzərinə İnfarkt riski var

ain.az bildirir, Demokrat.az portalına istinadən.

Ramazan ayında qidalanma rejiminin dəyişməsi ilə bağlı ən çox müzakirə olunan məsələlərdən biri də iftar və imsakdan dərhal sonra yatmaq vərdişidir. Həkimlər xəbərdarlıq edirlər ki, bu davranış xüsusilə həzm sistemi və ürək-damar sağlamlığı baxımından arzuolunmaz nəticələrə səbəb ola bilər.Tibb sahəsi üzrə təhlilçi Şahvələd Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, oruc tutan şəxslər qidalanma və istirahət rejiminə xüsusi diqqət yetirməlidirlər. Onun sözlərinə görə, insan gün ərzində təxminən 13 saat ac və susuz qalır və bu müddətdə orqanizm üçün ən vacib element sudur:“Ona görə də həm səhər imsak açanda, həm də axşam iftarda ani və ağır qidalanma məsləhət görülmür. Səhər tezdən çox yemək, axşam isə iftarda həddindən artıq yüklənmək orqanizmə ziyan verə bilər”.O qeyd edib ki, oruc zamanı bədən müəyyən uyğunlaşma mexanizmi formalaşdırır və enerji sərfiyyatını müvəqqəti olaraq tənzimləyir. Bu səbəbdən qəfil və həddindən artıq qidalanma daxili orqanlara əlavə yük yaradır.“Əgər bir insan imsakdan sonra dərhal yatarsa, bu ürək-damar sistemi və xroniki xəstəlikləri olanlarda ciddi təsirlərə, tromb riskinə və qan təzyiqinin yüksəlməsinə səbəb ola bilər. Buna görə məsləhət görülür ki, iftardan və imsakdan sonra ən azından bir müddət oturmaq və oyaq qalmaq, yüngül fəaliyyətlə məşğul olmaq lazımdır. İmsakdan sonra dərhal yatmaq ciddi fəsadlar yarada bilər”, – deyə o vurğulayıb.Yəni, sağlam şəkildə oruc tutmaq üçün təkcə nə yediyimizə deyil, həm də yeməkdən sonra nə etdiyimizə diqqət yetirmək vacibdir. İmsak və iftar süfrəsindən qalxan kimi yatağa girmək həzm prosesini ləngidir və mədə turşusunun yemək borusuna qayıtmasına, yəni reflyuksa şərait yaradır. Bu isə gecə boyu narahatlıq və səhər yorğun oyanmaq deməkdir. Odur ki, orqanizmin qidaları daha rahat parçalaması və qan dövranının normada qalması üçün yeməkdən sonra ən azı bir saat gözləmək, imkan daxilində otaq daxilində yüngül hərəkət etmək məsləhətdir.Unutmayaq ki, Ramazan ayı həm də bədənin təmizlənməsi və yenilənməsi dövrüdür, bu prosesi düzgün istirahət rejimi ilə dəstəkləmək gələcəkdə yarana biləcək xroniki sağlamlıq problemlərinin qarşısını almağın ən sadə yoludur.Həmçinin oxu:

Minlərlə ailənin özəl görüntüləri yayıla bilər — Evlərdəki bu bahalı alət 'casus' imiş

Tolikə yüksək vəzifə verildi

Kartofun yanına niyə alma qoyurlar?Əfsanə Kamal

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
60
demokrat.az

1Sources