EN

“Xocalı bitməyən əzabdır, amma artıq başa çatmış həsrətdir” - QHT sədri

Dəhşətli ağrını ruhumuzda hiss edirik... Xocalı bitməyən əzabdır, amma şükürlər olsun ki, artıq başa çatmış həsrətdir.

Bu fikirləri Demokratik Azərbaycan Naminə Gənclərin İctimai Birliyinin (DANİB) sədri Elməddin Behbud Xocalı soyqırımının ildönümü ilə bağlı bildirib. Onun sözlərinə görə, Xocalı həqiqətlərinin unudulmaması hər bir azərbaycanlının borcudur. O, Bosniya və Herseqovinanın ilk prezidenti Aliya İzzətbekoviçin “Nə edirsinizsə edin, soyqırımı unutmayın. Çünki unudulan soyqırım təkrarlanır” fikrini xatırladaraq, bu çağırışın bu gün də aktual olduğunu qeyd edib.

DANİB sədri Xocalı şəhidlərinin və onların qisasını alan qəhrəmanların xatirəsinin daim ehtiramla anıldığını bildirib:

“Allah şəhid xocalılara və onların qisasını alan şəhid qəhrəmanlarımıza rəhmət eləsin. Xocalı soyqırımı tariximizin ən ağrılı səhifələrindən biri olmaqla yanaşı, milli həmrəyliyimizin və ədalət uğrunda mübarizəmizin simvoluna çevrilib".

Chosen
18
qht.az

1Sources