EN

Dövlət Komitəsində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar tədbir keçirildi

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollektivi, Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar, Bakı şəhərindki “Ana harayı” abidəsini ziyarət edib.

Publika.az xəbər verir ki, abidənin önünə gül dəstələri düzülüb, Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib.

Daha sonra Dövlət Komitəsində Xocalıdan olan məcburi köçkününlərin bir qrupunun iştirakı ilə anım tədbiri keçirilib.

Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, Konstitusiya quruluşunun müdafiəsi uğrunda şəhid olanların xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri, erməni millətçilərinin xalqımıza qarşı əsrlər boyu apardığı etnik düşmənçiliyin növbəti mərhələsi olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, erməni silahlı dəstələrinin, keçmiş Sovet ordusunun 366-cı alayının iştirakı ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdikləri dəhşətli soyqırımı bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biridir.

Chosen
2
1
publika.az

2Sources