EN

Azərbaycanda “Kriptoaktivlər bazarı haqqında” qanun layihəsi hazırlanıb

Azərbaycan Mərkəzi Bankında (AMB), qurumun hazırladığı “Kriptoaktivlər bazarı haqqında” qanun layihəsi müzakirə edilib.

Bu barədə AMB-nin məlumatında bildirilir.

Məlumata görə, qurumun sədri Taleh Kazımov “Azərbaycan Fintex Assosiasiyası” (“AzFina”) İctimai Birliyinə üzv olmayan təşkilatların nümayəndələri ilə görüş keçirib.

Görüş çərçivəsində fintex ekosisteminin institusional inkişaf istiqamətləri, eləcə də rəqəmsal maliyyə xidmətlərinə və innovativ həllərə əlçatanlığın artırılması imkanları müzakirə olunub.

Müzakirə zamanı AMB-nin maliyyə texnologiyaları sektorunun inkişafını dəstəkləyən prioritet istiqamətləri və strateji təşəbbüsləri – Açıq bankçılıq, paylanılmış “Öz müştərini tanı” konsepsiyası və “Kriptoaktivlər bazarı haqqında” qanun layihəsi ətrafında fikir mübadiləsi aparılıb. Bundan əlavə, AÖS ödənişlər sisteminin yaratdığı imkanlar və xüsusi tənzimləmə rejiminin əhəmiyyəti vurğulanıb.

Görüşdə həmçinin təşkilatların qarşılaşdığı çətinliklər dinlənilib, təşkilatların birgə fəaliyyətinin və qarşılıqlı kommunikasiyasının gücləndirilməsinin zəruriliyi qeyd olunub.

 

MənbəREPORT
Chosen
1
4
banker.az

5Sources