Misli premyer-liqasının 22-ci turu çərçivəsində keçiriləcək "Sabah" ilə oyunun biletləri bu gün saat 18.00-dan etibarən satışa çıxarılıb.
"Football-plus.az" xəbər verir ki, biletlərin qiyməti isə 5, 10 və 20 manat aralığındadı.
Biletlər "iticket.az"da onlayn, oyun günü isə həm "iticket.az"da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satışda olacaq.
Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.