EN

Qarabağın azadlığı və Xocalı soyqırımının tarixi-mənəvi anlamı – Azər Qarayev

Bakı.Trend:

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan tarixininən qanlı səhifələrindən biri yazıldı. Bu, təkcə Azərbaycantarixinin deyil, dünya tarixinin ən qara səhifələrindən biriidi.

Bunu Trend-əaçıqlamasında politoloq Azər Qarayev deyib.

O bildirib ki, erməni hərbi birləşmələri Xocalının bir neçə saatərzində faktiki olaraq yer üzündən silinməsinə hesablananəməliyyatlar və insanlıq əleyhinə cinayətlər törədib. Nəticədədünya tarixinin ən qanlı soyqırımılarından biri - Xocalı soyqırımıbaş verib:

Qətlə yetirilənlərdən 63-ü uşaq, 106-sı qadın 70-i ahıl insanidi. Bundan əlavə 1 275 nəfər əsir götürüldü. Əsirlərdən 150nəfərin taleyi uzun müddət naməlum qaldı. Təsəvvür edin, 8 ailətamamilə məhv edildi. 25 uşaq hər iki valideynini, 130 uşaq isə birvalideynini itirdi. Bütün bu rəqəmlər dəhşətli bir soyqırımınayrı-ayrı lövhələridir. Bu rəqəmlər sadəcə statistika deyil - birşəhərin sistemli şəkildə məhv edilməsinin göstəricisidir.

Azər Qarayev bildirib ki, Xocalıda baş verənlər təsadüfi hərbitoqquşma deyil:

Bu akt nəticəsində dinc əhali Xocalıdan çıxmağa çalışarkən atəşətutulub, mülki şəxslər xüsusi amansızlıqla öldürülüb, meyitlərəqarşı zorakılıq edilib. Bütün bunlar beynəlxalq humanitar hüququnkobud şəkildə pozulması deməkdir. Tarix boyu insanlığa qarşıtörədilmiş cinayətlər arasında müxtəlif miqyaslarda faciələr olub.Məsələn, Holokost – milyonlarla insanın sistemli şəkildə məhvedilməsi ilə XX əsrin ən böyük soyqırımı hesab olunur. Srebrenitsasoyqırımı – Avropada II Dünya müharibəsindən sonra baş vermiş ənağır kütləvi qırğın kimi tanınır. Xocalı faciəsi də bu hadisələrləmüqayisədə daha az sayda qurbanla nəticələnsə də, xarakteri vətörədilmə üsulu baxımından - mülki əhaliyə qarşı yönəlmiş planlı vəamansız hücum kimi - insanlığa qarşı qəti cinayət kateqoriyasınadaxil edilir. Burada əsas məsələ yalnız qurbanların sayı deyil,cinayətin mahiyyətidir: silahsız mülki əhalinin hədəf alınması,qaçmağa çalışan insanların qətlə yetirilməsi, ailələrin tamamiləməhv edilməsi.

Politoloq Qarabağın, Xocalının işğaldan azad edilməsiniAzərbaycan xalqının uğradığı soyqırımı travmasından çıxmaqda böyükrol oynadığını düşünür:

Bu proses təkcə hərbi və siyasi nəticə kimi deyil, həm də uzunillər davam edən kollektiv travmanın müəyyən mənada sağalması kimiqiymətləndirilməlidir. Xüsusilə Xocalı soyqırımı zamanı həyatınıitirən insanların xatirəsi kontekstində ərazi bütövlüyünün təminolunması Azərbaycan cəmiyyətində simvolik və mənəvi mənadaşıyır.

Xocalı faciəsi zamanı mülki əhalinin kütləvi şəkildə qətləyetirilməsi yalnız bir şəhərin taleyi deyil, bu hadisə ölkəninyaddaşında sağalmaz iz buraxıb. Uzun illər ərzində həmintorpaqların nəzarət altında olmaması, həm də ədalətin bərpası iləbağlı açıq qalan suallar kimi qəbul edildi. Prezident, Ali BaşKomandan İlham Əliyevin rəhbərliyi altında Qarabağın azad edilməsixalqın, cəmiyyətin məğlub ruh halını dəyişdi. Bu gün Azərbaycanbütün keçmişinə, ağrılarına məğrur baxa bilən bir toplumdanibarətdir. Artıq bizə qarşı törədilən faciələri, soyqırımılarınıunutmadan gələcəyə böyük addımlarla irəliləyən bir xalqıq.

Chosen
7
az.trend.az

1Sources