EN

Təsisçiləri şirkətə illik 10 faizlə 142 milyon manat borc veriblər

Marja.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

31 dekabr 2024-cü il tarixinə "Kristal Bakı" ASC-nin müştərilərdən alıdığı avansların cəmi məbləği 327 milyon 136 min manat təşkil edib (31 dekabr 2023-cü il tarixində 262 milyon 906 min manat olmuşdu).

Marja.az xəbər verir ki, bu barədə Şirkətin maliyyə hesabatında bildirilir.

Qeyd edilib ki, alınmış avanslar çoxmənzilli yaşayış binalarında tikintisi başa çatdırılmamış və təhvil verilməmiş mənzillərin satışı üçün müştərilərdən alınmış vəsaitləri əks etdirir. 

"Kristal Bakı" ASC 2020-ci ildən başlayaraq 20 müqavilə ilə təsisçilərdən borc vəsaiti cəlb edib. Təsisçilərdən alınmış borc vəsaitləri hər biri müvafiq olaraq alındığı tarixdən 5 il müddətinə geri ödəniləcək. Təsisçilərdən alınmış borc vəsaitlərinə 2022-ciildən başlayaraq faiz xərci hesablanmışdır. 

31 dekabr 2024-cü il tarixində "Kristal Bakı" ASC-nin təsisçilərindən alınmış borc öhdəlikləri 142 milyon 317 min manat təşkil edib. Bu məbləğ 2023-cü ilin sonunda 74 milyon 817 min manat idi.

142 milyon 317 min manat borcun 129 milyon 576 min manatını əsas məbləğ, 12 milyon 741 min manatını hesablanmış ödənilməmiş faiz təşkil edib. Təsisçiləri şirkətə borcu illik 10%-lə veriblər.

Qeyd edək ki, "Kristal Bakı" ASC-nin səhmdarları Vəliyev Pərviz Ağalar oğlu (50 faiz), Nəbiyev Fərid Elburus oğlu (25 faiz) və Nəbiyev Araz Məhayət oğludur (25 faiz).

Əlavə edək ki, Bakıda "Nəriman Nərimanov" metro stansiyası yaxınlığında inşa edilən və nəhəng yaşayış kompleksi olan “City Garden” "Kristal Bakı” ASC-yə məxsus layihədir. 

Həmçinin oxu

"Kristal Bakı" inşaat şirkəti gəlirinin 1000 dəfədən çox artdığını açıqladı

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
7
1
marja.az

2Sources