EN

Xocalı soyqırımı ərəb mediasının diqqət mərkəzində 

Misir, Əlcəzair, İraq, Suriya və digər ərəb ölkələrinin mediasında Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı məqalələr dərc olunub.  

"Unikal" xəbər verir ki, Azərbaycan-Misir Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri, tədqiqatçı-alim Seymur Nəsirovun müəllifi olduğu məqalələrdə Xocalı faciəsinin səbəbləri və tarixi barədə məlumat verilib. Qeyd olunub ki, beynəlxalq hüquqa əsasən Xocalıda törədilən bu qətliam insanlığa qarşı ən ağır cinayətlərdən biridir və soyqırımı kimi qiymətləndirilir.

Həmçinin Xocalı faciəsinin bir sıra dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən soyqırımı kimi tanındığı bildirilir, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) bununla bağlı qəbul etdiyi qərarlar xüsusi vurğulanır.

Müəllif Xocalı soyqırımını törədənlərin hamısının öz cəzalarını alacaqlarına dair inam ifadə edib.                                    

Məqalələri ətraflı aşağıdakı linklərdən oxumaq mümkündür:

https://alharir.info/122250-2/

https://wwnewss.com/د-سيمور-نصيروف-،،-يكتب-،،-لم-ننسى-ولن-نن/

https://elalmelarby.com/?p=60766

https://adwaa-alwatan.com/%d9%84%d9%85-%d9%86%d9%86%d8%b3%d9%89-%d9%88%d9%84%d9%86-%d9%86%d9%86%d8%b3%d9%8a-%d9%85%d8%b0%d8%a8%d8%ad%d8%a9-%d8%ae%d9%88%d8%ac%d8%a7%d9%84%d9%8a/

https://www.agnaden.net/?p=57171 

 

Chosen
2
2
unikal.az

3Sources