Mərkəzi Bankda fintex ekosisteminin institusional inkişaf istiqamətləri, eləcə də rəqəmsal maliyyə xidmətlərinə və innovativ həllərə əlçatanlığın artırılması imkanları müzakirə olunub.
FED.az biznes və maliyyə xəbərləri portalı Mərkəzi Banka istinadən xəbər verir ki, Mərkəzi Bankın sədri Taleh Kazımov Azərbaycan Fintex Assosiasiyasına (AzFina) üzv olmayan təşkilatların nümayəndələri ilə görüşüb.
Müzakirə zamanı Mərkəzi Bank tərəfindən maliyyə texnologiyaları sektorunun inkişafını dəstəkləyən prioritet istiqamətləri və strateji təşəbbüsləri olan Açıq bankçılıq, paylanılmış “Öz müştərini tanı” konsepsiyası və “Kriptoaktivlər bazarı haqqında” qanun layihəsi ətrafında fikir mübadiləsi aparılıb. Bundan əlavə, AÖS ödənişlər sisteminin yaratdığı imkanlar və xüsusi tənzimləmə rejiminin əhəmiyyəti vurğulanıb.
Görüşdə həmçinin təşkilatların qarşılaşdığı çətinliklər dinlənilib, təşkilatların birgə fəaliyyətinin və qarşılıqlı kommunikasiyasının gücləndirilməsinin zəruriliyi qeyd olunub.