İstanbulda terror aktı planlaşdıran İnqilabçı Xalq Qurtuluş Partiyasının dörd üzvü İstanbulda saxlanılıb.
"Far.Az" "A Haber"ə istinadən xəbər verir ki, kəşfiyyat tədbirləri zamanı şübhəlilərin İstanbulda təşkilatın qeyri-qanuni strukturlarında fəaliyyət göstərdiyi müəyyən edilib.
Onların şəhərin müxtəlif kritik nöqtələrində silahlı və bombalı hücum həyata keçirməyə hazırlaşdıqları iddia olunur.
Hazırda faktla bağlı araşdırma aparılır.
MƏLUMAT YENİLƏNİR