EN

Peskov: "Artıq nüvə ritorikasına keçəcəyik"

Bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərəaçıqlamasındadilə gətirib. O, müvafiq suala cavabında bildirib ki, belə bir amil nəzərdən qaçırılmayacaq dərəcədə əhəmiyyətlidir:"Kiyevin təzadlı bəyanatlarına baxmayaraq, münaqişənin həlli üzərində mütəmadi iş aparılır".

Dmitri Peskov həmçinin Rusiya və Ukrayna nümayəndə heyərlərinin növbəti görüşü haqqında da danışaraq, görülən bütün işlərin qiymətləndirilməsinin vacibliyini vurğulayıb:"Əlbəttə, başlanılan proses yekunlaşdırmalıdır".

Xatırladaq ki, fevralın 24-də Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin yaydığı məlumata əsasən, Britaniya və Fransa Ukraynanı gizli surətdə nüvə bombası ilə silahlandırmağa hazırlaşır. Bildirilib ki, belə bir addım guya "Ukraynanın öz inkişafı" adı ilə qələmə verilərək gizlədiləcək:
Rus kəşfiyyatı:"London və Paris Kiyevə nüvə silahı verəcək"

"London və Paris lazımi komponentlər, avadanlıqlar və texnologiyaların Kiyevə köçürülməsinə başlamaq üzrədir. Onlar belə fikirləşirlər ki, Ukrayna mütləq "vundervaffe" ilə silahlandırılmalıdır. Berlin bu təhlükəli avantüraya qoşulmaqdan müdrikcəsinə boyun qaçırıb".

Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında müharibənin həlli istiqamətində danışıqların ilk iki mərhələsi yanvar və fevral aylarında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində baş tutub. Danışıqlara Rusiya Müdafiə Nazirliyinin nümayəndələri də canım qoşulublar. İkinci görüşün nəticəsində Rusiya və Ukrayna arasında 314 hərbi əsirin mübadiləsi həyata keçirilib. Növbəti görüş isə İsveçrənin Cenevrə şəhərində keçirilib. Görüşə Rusiyadan Prezidentin köməkçisi Vladimir Medinskinin rəhbərliyində, ABŞ-dən isə bu ölkənin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkofun, habelə Prezident Donald Trampın kürəkəni Cared Kuşnerin rəhbərliyində heyətlər qoşulublar.

Firudin Həmidli
AzVision.az
Chosen
14
1
azvision.az

2Sources