EN

Ev tikmək üçün icazə alınmalıdır?

Bəzi hallarda fərdi yaşayış evlərinin tikintisi üçün icazə tələb olunmur.

KONKRET.az milliaz-a istinadən xəbər verir ki, bu, Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsində əksini tapıb.

Belə ki, mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi üçün heç bir qurumdan icazə almaq tələb olunmur.

Bu barədə müvafiq yerli icra hakimiyyətini və ya Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verilmiş torpaq sahələrində həyata keçirilən tikintiyə münasibətdə isə həmin Agentliyi məlumatlandırmaq lazımdır.

Chosen
1
6
konkret.az

7Sources