EN

"Necə ola bilər ki, təyyarə vurulsun, çox sayda insanlar öldürülsün və heç bir günahkar olmasın?" -Deputat

"Azərbaycan öz suverenliyini, milli maraqlarını, onun üçün vacib olan məsələləri həmişə diqqətdə saxlayacaq".

Bunu Redaktor.az-a açıqlamasında deputat Aydın Mirzəzadə xarici işlər naziri Ceyhun Bayramovun Qroznı səmasında Rusiya hərbçiləri tərəfindən raketlə vurulan AZAL təyyarəsi ilə bağlı son açıqlamasını şərh edərkən dedi.

"Rusiya bizim şimal qonşumuzdur və bütün qonşularla olduğu kimi, Rusiya ilə də yaxşı münasibətlər saxlamağa həmişə çalışırıq. Ancaq AZAL təyyarəsinin vurulması məsələsində hər hansı bir güzəşt ola bilməz. Biz Rusiyadan bu məsələnin məntiqi sonluğa çatdırılmasını gözləyirik və xarici işlər nazirimizin bəyanatı onu göstərir ki, o məsələ dövlətimizin diqqətindədir. Rusiya Prezidenti Vladimir Putin prezidentimiz İlham Əliyevlə görüşdə bu məsələyə görə bir daha üzr istədi, bu məsələnin mütləq məntiqi nəticəyə çatdırılacağını bildirdi. Amma çox təəssüf ki, hələ o məntiqi nəticə görünmür. Hətta bir ara Rusiya prokurorluğunda məsələnin bağlandığını bildirdilər. Necə ola bilər ki, təyyarə vurulsun, çox sayda insanlar öldürülsün və heç bir günahkar olmasın? Nə qədər ki, bu məsələ var, o həmişə Azərbaycanın diqqətində olacaq. Rusiya tərəfi isə məsələnin bütün aspektləri ilə bağlı beynəlxalq hüquqa, mehriban qonşuluq münasibətlərinə uyğun olaraq Azərbaycan tərəfini qane edən cavab verməlidir", - deyə millət vəkili vurğuladı.

Aytəkin TOFİQQIZI

Chosen
18
1
redaktor.az

2Sources