EN

"Yuventus" "Qalatasaray"a məğlubiyyətdən sonra Spaletti ilə bağlı qərar verdi

"Yuventus"ın idman direktoru Corco Kyellini komandanın baş məşqçisi Luçiano Spalettinin gələcəyi barədə danışlb.

Publika.az xəbər verir ki, o, italiyalı ilə yeni müqavilə imzalamağın prioritet olaraq qaldığını bildirib. "Qoca sinyora"nın "Qalatasaray" tərəfindən Çempionlar Liqasından kənarlaşdırılması da bu qərara təsir etməyib.

"Luçiano Spaletti üçün yeni müqavilə heç vaxt sual altında olmayıb. Bu, prioritetlərimiz arasındadır. Müqavilənin detalları ilə bağlı tezliklə görüşəcəyik", - deyə sabiq müdafiəçi bildirib.

Spalettinin sözləşməsi mövsüm sonunda bitir, lakin "Biankoneri" onun davamlılığını təmin etməkdə maraqlıdır. Çünki Luçano komandaya əhəmiyyətli təsir göstərib.

Chosen
17
publika.az

1Sources