EN

Martın 3-də bu bayram qeyd olunacaq

Azərbaycanda martın 3-də ilin ikinci çərşənbəsi - Od çərşənbəsi qeyd ediləcək.Metbuat.az xəbər verir ki, xalq ənənəsinə əsasən, Novruz bayramından əvvəlki Boz ay müddətində ardıcıl olaraq Su, Od, Yel və Torpaq çərşənbələri keçirilir. Su çərşənbəsindən sonra Novruza hazırlıq mərhələsi Od çərşənbəsi ilə davam edir. Od çərşənbəsi Novruz mərasimlərinin əsas və rəmzi mərhələlərindən biri hesab olunur. Bu gün od, işıq və istilik anlayışlarının simvolu kimi qeyd edilir. Xalq inanclarına görə, od insanı mənfi enerjidən, xəstəlikdən və bəd nəzərdən qoruyur, evə ruzi-bərəkət gətirir.Ənənəyə uyğun olaraq, Od çərşənbəsi axşamı həyətlərdə və açıq məkanlarda tonqallar qalınır. İnsanlar tonqalın üzərindən tullanaraq “Ağırlığım-uğurluğum odda yansın” deyirlər. İnanca görə, bu mərasim insanı ilboyu bəla və xəstəliklərdən uzaq saxlayır.Qeyd edək ki, sonuncu - Torpaq çərşənbəsi martın 17-nə təsadüf edir. Novruz bayramı isə martın 20–24-də ölkə üzrə qeyd olunacaq.Ülkər Cəlilzadə / Metbuat.az


Chosen
1
3
metbuat.az

4Sources