EN

Dövlət Xidmətinin rəhbərliyi Xocalı soyqırımı abidəsini ziyarət edib  

Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov və xidmətin rəhbər heyəti Bakının Xətai rayonunda ucaldılmış Xocalı soyqırımı abidəsini ziyarət edib.

Dövlət Xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzülüb və faciə qurbanlarının əziz xatirəsi ehtiramla yad olunub.

10Sources