EN

Manatın dövretmə sürəti azalıb

Bakı. Trend:

Bu ilin fevralın 1-nə Azərbaycanın milli valyutası - manatındövretmə sürəti 2,84 bənd təşkil edib.

TrendAzərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, cariilin yanvarın 1-i ilə müqayisədə 0,36 bənd və ya 11,2%, ötən ilineyni dövrü ilə müqayisədə isə 0,42 bənd və ya 12,9% azalıb.

Belə ki, bu ilin yanvarın 1-nə manatın dövretmə sürəti 3,20bənd, ötən ilin fevralın 1-nə isə 3,26 bənd təşkil etmişdi.

Qeyd edək ki, AMB-nin statistikasına əsasən, manatın dövretməsürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvarayının yekununda qeydə alınaraq, 2,68 bənd təşkil edib. Bugöstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydəalınıb.

Məqalədə:
Chosen
25
16
az.trend.az

10Sources