Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib
Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib. 1news.az xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı səfiri Mariyana Kuyundziçin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib. "Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Xocalı faciəsi zamanı həlak olmuş günahsız qurbanların - qadınların, kişilərin, uşaqların və yaşlıların xatirəsini yad edir. Nümayəndəlik qəlbdən başsağlığı verir, barışığın və dayanıqlı sülhün bərqərar olunmasının vacibliyini vurğulayır", - o yazıb.