EN

Nvidia maliyyə ilini rekord göstəricilərlə başa vurub - 216 milyard dollar!

Amerikalı texnologiya korporasiyası Nvidia 2025-ci il maliyyə ilini rekord göstəricilərlə başa vurub. Şirkət məlumat verib ki, yanvarın sonunda başa çatan dördüncü rübdə gəliri 73% artaraq $68,1 milyard səviyyəsinə çatıb, xalis mənfəət isə demək olar ki, iki dəfə — 94% artaraq $42,9 milyard təşkil edib.

Bütün maliyyə ili üzrə Nvidia-nın gəliri də rekord səviyyəyə çatıb - 216 milyard dollar (artım 65%). Xalis mənfəət də 65% artaraq $120 milyard olub.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

Bu göstəricilərin artımı, əsasən, şirkətin istehsal etdiyi qabaqcıl süni intellekt çiplərinə olan yüksək tələblə bağlıdır. Nvidia mütəmadi olaraq çoxmilyardlıq müqavilələr bağlayır. Belə ki, fevral ayında şirkət Meta üçün növbəti illərdə milyonlarla İİ çipi tədarük etmək barədə $50 milyardlıq müqavilə imzalayıb.

2025-ci ilin oktyabrında Nvidia dünyanın ilk şirkəti olub ki, bazar kapitalizasiyası $5 trilyonu ötüb.

Maliyyə hesabatının açıqlanmasından sonra Nvidia-nın səhm qiymətləri 1,4% artıb. Eyni zamanda, bəzi analitiklər hesab edirlər ki, şirkətin uğurları artıq ona əlavə təzyiq göstərir, çünki investorların gözləntiləri artır.

Chosen
9
ikisahil.az

1Sources