EN

Rusiyada büdcə kəsiri yarandı: Peskov bunu “cari çətinliklər” adlandırdı

Rusiya Prezidenti Vladimir Putin büdcə kəsiri məsələsini diqqətdə saxlayır və bu mövzunu hökumət və Mərkəzi Bankla müzakirə edir.

Bizim.Media xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

“Bəli, doğrudan da prezident məsələni nəzarətdə saxlayır və hökumət, eləcə də Mərkəzi Bankla bu mövzunu müzakirə edir”, — deyə Peskov neft-qaz gəlirlərinin azalması və kəsirlə mübarizə tədbirləri barədə sualı cavablandırarkən qeyd edib.

Peskov büdcə kəsirinin mövcudluğunu təsdiqləyib, lakin bunu “cari çətinliklər” adlandıraraq, makroiqtisadi sabitliyin bu problemlərin həllinə imkan verdiyini vurğulayıb.

Açıqlama neft qiymətlərinin 2026-cı il üçün planlaşdırılan 59 dollar/barrel səviyyəsindən aşağı düşməsi və xərclərin artması fonunda səsləndirilib. Daha əvvəl Maliyyə Nazirliyi 2025-ci il üzrə büdcə kəsirini 5,6 trilyon rubl (ÜDM-in 2,6%-i) səviyyəsində qiymətləndirmişdi.

Bizim.Media

Chosen
3
2
bizim.media

3Sources