EN

Minimum əməkhaqqı ilə bağlı VACİB AÇIQLAMA KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumat yayır.

“Minimum əmək haqqının avtomatik indeksasiyası modelinin tətbiqi artıq qanunla təsbit olunubsa, bu, sosial siyasətdə daha sistemli və proqnozlaşdırılan mexanizmin formalaşması deməkdir. Milli Məclis tərəfindən qəbul edilən belə dəyişiklik adətən minimum əmək haqqının inflyasiya səviyyəsinə, yaşayış minimumuna və ya orta aylıq əmək haqqının artım tempinə bağlı şəkildə mütəmadi yenilənməsini nəzərdə tutur”.

Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli KONKRET.az-a açıqlamasında səsləndirib:

“Avtomatik indeksasiya mexanizmi işçilərin alıcılıq qabiliyyətinin qorunmasına xidmət edir və qərarların subyektiv və ya gecikmiş şəkildə verilməsi riskini azaldır. Xüsusilə, yüksək inflyasiya şəraitində bu model real gəlirlərin sürətlə dəyər itirməsinin qarşısını ala bilər”.

A.Nəsirli qeyd edir ki, digər tərəfdən, belə sistem işəgötürənlər üçün xərclərin daha tez-tez artması deməkdir.

“Əgər indeksasiya iqtisadi artım tempindən yüksək dinamika göstərərsə, bu, kiçik və orta biznes üçün maliyyə yükünü artıra bilər. Ona görə də mexanizmin hansı göstəricilərə və hansı intervalda bağlanması həlledici rol oynayır.

Ümumilikdə, avtomatik indeksasiya modeli sosial sabitliyi gücləndirə və əmək bazarında şəffaflığı artırar. Onun iqtisadi təsiri isə tətbiq qaydalarından və ümumi makroiqtisadi vəziyyətdən asılı olacaq”.

Aynurə İsmayıl

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
7
1
konkret.az

2Sources