EN

Problem yalnız İranın nüvə proqramı deyil — Rubio AÇIQLADI

ABŞ-nin dövlət katibi Marko Rubio bəyan edib ki, problem təkcə İranın nüvə proqramı ilə məhdudlaşmır.

NOCOMMENT.az xəbər verir ki, Rubio İranın geniş ballistik raket arsenalına malik olduğunu bildirib.

Onun sözlərinə görə, bu arsenalda ABŞ, Yaxın Şərqdəki hərbi bazaları, eləcə də regiondakı müttəfiqlər — BƏƏ, Qətər və Bəhreyn üçün təhlükə yaradan qısa mənzilli raketlər də var.

Dövlət katibi qeyd edib ki, İran silahlı qüvvələrinin beynəlxalq daşımalar və ABŞ hərbi-dəniz qüvvələri üçün təhlükə yarada biləcək dəniz imkanları da mövcuddur.

“Nüvə proqramından əlavə, onların sırf Amerikaya və amerikalılara qarşı istifadə üçün nəzərdə tutulmuş adi silahları da var”, — deyə Rubio vurğulayıb.

Onun sözlərinə görə, Tehran raket proqramını müzakirə etməkdən imtina edir və bu, ciddi problem yaradır. Rubio əlavə edib ki, İran peyk buraxılışı cəhdləri də daxil olmaqla, qitələrarası raketlər hazırlamağa çalışır.

O bildirib ki, İran artıq Avropanın böyük hissəsinə çata biləcək silahlara malikdir və gələcəkdə potensial olaraq ABŞ-nin materik ərazilərini də hədəfə ala bilər.

Dövlət katibi vurğulayıb ki, sanksiyalar və iqtisadi çətinliklərə baxmayaraq, İran daha uzaq mənzilli raketlərin inkişafına sərmayə yatırmaqda davam edir.

“Bu, qeyri-sabit və təhlükəli təhdiddir”, — deyə o qeyd edib.

Rubio həmçinin bildirib ki, nüvə proqramı üzrə danışıqlar ballistik raketlərin müzakirəsi ilə paralel aparılmalıdır:

“Əgər nüvə sahəsində irəliləyiş əldə olunmursa, raket silahlanması sahəsində də irəliləyişə nail olmaq çətin olacaq”.

Sara
NOCOMMENT.az

Chosen
16
nocomment.az

1Sources