EN

Rubio ABŞ ın qayıq insidentində iştirakını təkzib edib

ain.az, Ayna portalına istinadən məlumat verir.

ABŞ hakimiyyəti atışmada vətəndaşlarından hər hansı birinin xəsarət alıb-almadığını araşdırır

ABŞ dövlət katibi Marko Rubio ABŞ administrasiyasının rəsmilərinin Kuba ərazi sularındakı qayıq hadisəsi ilə heç bir əlaqəsinin olmadığını bildirib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, dövlət katibi hadisəni “qeyri-adi” adlandırıb.

Rubio bir çox mümkün ssenarinin ola biləcəyini qeyd edib və fərziyyə irəli sürməyib. Lakin deyib ki, belə şeylər hər gün baş vermir.

Rubionun sözlərinə görə, ABŞ hakimiyyəti atışmada ABŞ vətəndaşlarından hər hansı birinin xəsarət alıb-almadığını araşdırır.

Qeyd edək ki, Kuba Daxili İşlər Nazirliyi ABŞ bayrağı altında üzən qayığın Kuba sularına girərək atəş açdığı məlumatını yayıb. Nazirliyin məlumatına görə, atışmada dörd amerikalı həlak olub, altı nəfər isə yaralanıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
28
ayna.az

1Sources