Hurriyyet saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Sosial şəbəkələrdə “1932–2017-ci illər arasında doğulan şəxslərə sosial fond tərəfindən 1000 manat ödəniş ediləcəyi” barədə yayılan videoməlumat həqiqəti əks etdirmir.
Bu barədə Hurriyyet.org a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, sözügedən paylaşımlarda istifadəçilər “rəsmi siyahı ilə tanış olmaq” adı ilə profildə yerləşdirilən linkə yönləndirilir. Həmin linklər isə dələduzluq məqsədi daşıyır və vətəndaşların bank kartı məlumatlarını ələ keçirməyə hesablanıb.
Nazirlik vətəndaşlara xəbərdarlıq edərək qeyd edib ki, bu cür saxta məlumatlara aldanmasınlar və göstərilən linklərə heç bir halda daxil olmasınlar.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.