EN

Türkiyə Somalidə S 400 dən istifadə etməyi planlaşdırmır

Xalqcebhesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Türkiyənin Müdafiə Nazirliyi, respublikanın Rusiyadan aldığı S-400 zenit raket sistemlərinin Somalidə istifadə olunacağına dair iddiaları təkzib edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədəTürkiyə Müdafiə Nazirliyi jurnalistlərə bildirib.

“Daha əvvəl də bəyan etdiyimiz kimi, S-400 hava hücumundan müdafiə sistemləri Türkiyə Silahlı Qüvvələrinin əməliyyat ehtiyaclarına uyğun olaraq əldə olunub və döyüş hazırlığı vəziyyətindədir. S-400 sistemlərinin Somalidə istifadəsi planlaşdırılmayıb”, – deyib.

“Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə S-400 barədə ara-sıra spekulyasiyalar yayılır. Bizim bəyanatlarımızla təsdiqlənməmiş iddialara və şərhlərə inanmaq olmaz”, – deyə nazirlik əlavə edib.

Məryəm Quliyeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
26
1
icma.az

2Sources