EN

Gürcüstanda keçirilən beynəlxalq biznes forumda Xocalı qətliamından danışılıb

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Tbilisi, 26 fevral, AZƏRTAC

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Gürcüstanda keçirilən Azərbaycan-Gürcüstan-Türkiyə biznes-forumunda Xocalı soyqırımından danışıb.

AZƏRTAC xəbər verir ki, nazir çıxışında deyib ki, bu gün Azərbaycan XX əsrin ən böyük faciələrindən biri olan Xocalı soyqırımının 34-cü ildönümünü anır.

Qeyd edilib ki, 63-ü uşaq olmaqla 613 günahsız insan qətlə yetirilib. Bu günədək 125 nəfərin taleyi naməlum olaraq qalır. Bütün bu illər ərzində qardaş Türkiyə daim Azərbaycanın yanında olub, ərazi bütövlüyü prinsipinə qətiyyətlə dəstək verib. Qardaş Gürcüstan da sülhün və təhlükəsizliyin bərpası üçün əlindən gələni edib, hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.

Bu dəstəyə görə minnətdarlığını bildirən nazir qeyd edib ki, Cənubi Qafqaz regionu hazırda tarixi bir dövrdən – sülh quruculuğu prosesindən keçir. Bu proses ötən ilin 8 avqust tarixində Vaşinqtonda Prezident İlham Əliyev, Baş nazir Nikol Paşinyan və Prezident Donald Tramp tərəfindən birgə bəyannamənin imzalanması ilə başlanıb.

O deyib: "Çətin və mürəkkəb onilliklər ərzində qonşu və dost ölkələrin Azərbaycana göstərdiyi rolu yüksək qiymətləndirməklə yanaşı, bu gün onların qaçılmaz və nəcib sülh quruculuğu prosesinə verdiyi töhfəni də xüsusilə dəyərləndiririk".

Mikayıl Cabbarov onu da vurğulayıb ki, Gürcüstan, Azərbaycan və Türkiyə arasında əsrlərə söykənən və birgəyaşayışa əsaslanan tərəfdaşlıq formalaşıb və bu regionumuzda sabitliyin və rifahın möhkəmlənməsinə xidmət edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
3
2
azertag.az

3Sources