EN

Rusiya Trampın rəhbərlik etdiyi Sülh Şurasının mandatını sual altına aldı

ain.az, Bizimyol saytına istinadən bildirir.

Rusiyada ABŞ Prezidenti Donald Trumpın rəhbərlik etdiyi Sülh Şurasının mandatı ilə bağlı suallar yaranıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Kirill Loqvinov mətbuata müsahibəsində bildirib.

Onun sözlərinə görə, Moskvada Sülh Şurasının Birləşmiş Millətlər Təşkilatı və xüsusilə də BMT Təhlükəsizlik Şurası ilə necə qarşılıqlı fəaliyyət göstərəcəyi sual doğurur.

“Şuranın nizamnaməsində o, çox vaxt səmərəsiz olmuş mexanizmləri əvəz etmək üçün yaradılmış yeni beynəlxalq qurum kimi təqdim edilir. Aydındır ki, bu yanaşma Sülh Şurasının BMT və beynəlxalq sülh, həmçinin təhlükəsizliyin qorunması üzrə yeganə hamılıqla tanınmış orqan olan Təhlükəsizlik Şurası ilə necə yanaşı fəaliyyət göstərəcəyi barədə suallar yaradır”, – deyə o vurğulayıb.

Loqvinov əlavə edib ki, Rusiya ABŞ-da keçirilən Sülh Şurasının hər iki iclasına dəvət alıb, lakin iştirakdan imtina edib. Onun sözlərinə görə, təşkilat ilkin olaraq Qəzza sektorunun idarə olunması üçün nəzərdə tutulsa da, yekun mandatda Fələstin anklavının adı çəkilmir.

Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
16
bizimyol.info

1Sources