31 yanvar 2026-cı il tarixinə fəaliyyətdə olan bankların cəmi aktivləri 56 milyard 935.8 milyon manat, cəmi öhdəlikləri 49 milyard 528.7 milyon manat, balans kapitalı 7 milyard 407.1 milyon manat olmuşdur.
Marja.az xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının dərc etdiyi "Statistik bülleten-2026" hesabatında bildirilir.
31 yanvar 2026-cı il tarixində bankların cəmi kredit portfeli 29 milyard 980.1 milyon manat təşkil edib.
Bankların cəmi kredit portfeli 2025-ci ilin sonu ilə müqayisədə 2026-cı ilin yanvar ayında 82,9 milyon manat və ya 0,3%, o cümlədən biznes kreditləri portfeli 157,4 milyon manat və ya təxminən 1% azalıb. İstehlak kreditləri portfeli 71,7 milyon manat, ipoteka kreditləri portfeli 2,8 milyon manat artıb.
31 yanvar 2026-cı il tarixinə bankların kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 53.2% (15 milyard 948.9 milyon manat);
ıı) istehlak kreditləri – 31.4% (9 milyard 425.9 milyon manat)
ııı) ipoteka kreditləri – 15.4% (4 milyard 605.3 milyon manat).
2025-ci ilin dekabr ayında bankların kredit portfeli 1.3% və ya 377.5 milyon manat artaraq 30 milyard 63 milyon manata çatmışdı.
31 dekabr 2025-ci il tarixində bankların kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 53.6% (16 milyard 106.3 milyon manat);
ıı) istehlak kreditləri – 31.1% (9 milyard 354.2 milyon manat)
ııı) ipoteka kreditləri – 15.3% (4 milyard 602.5 milyon manat).
31 Yanvar 2025-ci il tarixində fəaliyyətdə olan bankların cəmi aktivləri 53 milyard 90.7 milyon manat, cəmi öhdəlikləri 46 milyard 402.3 milyon manat, balans kapitalı 6 milyard 688.4 milyon manat olmuşdu. 2025-ci ilin Yanvar ayında bankların kredit portfeli 0.1% və ya 37 milyon manat artaraq 27 milyard 514.7 milyon manat olmuşdu.
31 Yanvar 2025-ci il tarixində bankların kredit portfelinin strukturu:
ı) biznes kreditləri –53.5% (14 milyard 709.9 milyon manat);
ıı) istehlak kreditləri – 31.1% (8 milyard 551.7 milyon manat)
ııı) ipoteka kreditləri – 15.4% (4 milyard 253.1 milyon manat).