EN

Pezeşkian iğtişaşlarda ölənlərin “sayını” açıqladı: İran terrorçudurmu?

Sherg.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

İran Prezidenti Məsud Pezeşkian yanvarda baş verən kütləvi iğtişaşlar zamanı 400-ə qədər hərbçi və 2000 mülki şəxsin öldürüldüyünü iddia edib.

Teleqraf xəbər verir ki, o, ABŞ Prezidenti Donald Trampın 32 min etirazçının öldürülməsi ilə bağlı açıqlamasını da təkzib edib.

“Deyirlər ki, İran şər və terrorizmin yuvasıdır. Biz terrorçuyuqmu? Biz insanları öldürürükmü? Dünən ABŞ Prezidenti söylədi ki, İran 32 min nəfərin kütləvi qətlini təşkil edib. Biz kütləvi qətl həyata keçirmişikmi? Statistik məlumat yaydıq, hətta adları çəkilənlərin pasport nömrələrini təqdim etdik. Kim deyirsə ki, rəqəmlər daha çoxdur, gəlib sübut etsin. Bundan əlavə, açıqlanan məlumatlara görə, 2 min nəfərdən çoxu dinc insanlardır, 300-400 nəfər isə hüquq-mühafizə orqanlarını qoruyan hərbçilər olub”, - o vurğulayıb.

Qeyd edək ki, İran xarici işlər naziri Abbas Əraqçi yanvarda iğtişaşlar zamanı 3117 nəfərin öldüyünü açıqlamışdı.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
3
1
sherg.az

2Sources