EN

Dostunun atasını öldürmək istədi - 11 il 3 ay həbs yatacaq

Dostunun atasını öldürməyə cəhd etməkdə təqsirləndirilən Zahid Bayramovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. 

"Unikal"ın məlumatına görə, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə elan edilib. 

Dövlət ittihamçısı İsmayıl Cavadlı məhkəməyə təqsirləndirilən şəxsin 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. 

Daha sonra təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edərək müvəkkilinin 126-cı maddəyə tövsüf olunmasını məhkəmədən xahiş edib.  

Təqsirləndirilən şəxs son söz deyib. 

Məhkəmə müşavirəyə gedib qayıtdıqdan sonra hökmü elan edib. 

Hökmə əsasən, Zahid Bayramov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. 

İttiham aktına əsasən, hadisə Şüvəlan qəsəbəsində baş verib. Zahid Bayramov üzərində saxladığı bıçaqla qonşusu İnqilab Bayramovun döş qəfəsinə və bədənin digər nahiyələrinə bir neçə dəfə zərbə vuraraq hadisə yerindən uzaqlaşıb.

Zərərçəkmiş Sabunçu Tibb Mərkəzinə çatdırılıb. Vaxtında göstərilən tibbi yardım nəticəsində onun həyatını xilas etmək mümkün olub.

Qeyd edək ki, Zahid Bayramova qarşı Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Chosen
24
1
unikal.az

10Sources