EN

Xocalıya aparan yol: Qanla yazılan tarixdən ZƏFƏRƏ!

Bu gün Xocalı faciəsindən 34 il keçir.

34 il əvvəl Azərbaycan xalqının yaddaşına silinməz bir yara vuruldu. 1992-ci ilin fevralında Xocalıda günahsız insanlar amansızcasına qətlə yetirildi. Uşaqlar, qadınlar, qocalar yalnız azərbaycanlı olduqları üçün öldürüldü. O gecə təkcə insanlar yox, ədalət də güllələndi.

Xocalı bizim üçün sadəcə bir şəhərin adı deyil. Xocalı ağrıdır. Xocalı yaddaşdır. Xocalı susmayan vicdandır.

Bu faciədən sonra illərlə içimizdə yanğı ilə yaşadıq. Susduq. Gözlədik. Dözdük. Amma unutmadıq. Heç vaxt unutmadıq. Hər fevralda o gecə yenidən qayıtdı. Hər dəfə ürəyimizdə eyni sual səsləndi: “Qisasımızı nə zaman alacağıq, yurdumuza nə vaxt qayıdacağıq?”

Biz inanırdıq.
Qayıdacağımıza inanırdıq.

Zaman keçdi. Nəsillər dəyişdi. Amma Xocalı yaddaşdan silinmədi. Əksinə, daha da möhkəmləndi. Bu ağrı bizi zəif etmədi. Gücləndirdi. Birləşdirdi. Ayaqda saxladı.

2020-ci ildə Azərbaycan öz tarixi ədalətini bərpa etdi. Ordumuz torpaqlarımızı azad etdi. Qarabağ yenidən Vətənə qovuşdu. Bu Zəfərin memarı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev oldu. Onun siyasi iradəsi, qətiyyəti və xalqla birliyi bu qələbəni mümkün etdi.

Bu, təkcə hərbi qələbə deyildi.
Bu, mənəvi qələbə idi.
Tarixi qayıdış idi.
Xalqın özünə hörmətini qaytarması idi.

Bu gün biz artıq Xocalıya qayıdırıq. Doğma torpaqlara ayaq basırıq. Şəhidlərin ruhu qarşısında başımız dikdir. Çünki onların qanı yerdə qalmadı. Çünki Vətən sahibsiz qalmadı.

Bəli, Xocalının ağrısı bitməyəcək.
O ağrı bizimlə qalacaq.
Bu bizim tariximizdir.

Amma indi o ağrı ilə yanaşı qürur da var.

Biz məğlub olmadıq.
Biz sınmadıq.
Biz gözlədik və qazandıq.

34 il əvvəl Xocalıda itirdiklərimizi bu gün qələbə ilə yad edirik. Bu gün artıq bilirik ki, Azərbaycan xalqı heç vaxt ədalətsizliyə boyun əymir. Gec-tez haqqını alır.

Xocalı faciəsi bizə bir dərs verdi: Vətən yalnız torpaq deyil. Vətən yaddaşdır. Vətən məsuliyyətdir. Vətən namusdur.

Bu yaddaşı yaşatmaq bizim borcumuzdur.
Bu tarixi unutdurmamaq bizim vəzifəmizdir.

Xocalı şəhidlərinin ruhu qarşısında borcumuz budur: güclü dövlət olmaq, güclü xalq olmaq və bir daha belə faciələrə yol verməmək.

Bu gün biz Xocalını ağrı ilə deyil, həm də qürurla xatırlayırıq.
Çünki artıq öz torpağımızdayıq.
Çünki artıq qalib xalqıq.

Elşən Həsənov,
NOCOMMENT.az xəbər portalının rəhbəri

Chosen
4
nocomment.az

1Sources