AzVision.az xəbər verir ki, Gürcüstanın Xarici İşlər naziri Maka Boçorişvili bununla bağlı məlumat yayıb.
“Sabah Britaniya səfirinin Xarici İşlər Nazirliyinə baş çəkəcəyini gözləyirəm. Biz bu qərarın izahını tələb edirik”,- xanım Boçorişvili “Rustavi 2” telekanalına müsahiəsində deyib.
Böyük Britaniya sanksiyaları altında olan “İmedi” və “Post TV” dövlət telekanalları ilə əməkdaşlığına münasibət bildirərən Gürcüstanın baş naziri İrakli Kobaxidze ölkədə media azadlığına dair fundamental hüququn pozulmayacağını vurğulayıb. Siyasətçi dövlət şirkətlərinin hər iki televiziya kanalı ilə əməkdaşlığı davam etdirməyə borclu olduğunu bildirib.
Xatırladaq ki, Böyük Britaniya fevralın 24-də yeni sanksiyalar siyahısını dərc edib. Londonun iddiasına görə, “İmedi” telekanalı Ukrayna hökumətini “qeyri-legitim” adlandırıb və“Rusiya dezinformasiyaları”kimi qiymətləndirilən yalan məlumatlar yayıb. Sanksiyaları“səmərəsiz”adlandıran telekanal Gürcüstan xalqının maraqları naminə işləməyə davam edəcəyinə söz verib.
Sahil İsgəndərov
AzVision.az