EN

600 nəfəri işdən çıxaracaqlar

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Böyük Britaniyanın lüks avtomobil istehsalçısı Aston Martin işçi ixtisarlarına başlayacağını açıqlayıb. Şirkət yaydığı rəsmi məlumatda maliyyə vəziyyətinin yaxşılaşdırılması və xərclərin optimallaşdırılması məqsədilə əməkdaş sayının azaldılacağını bildirib.Demokrat.az xəbər verir ki, ümumi işçi heyətinin təxminən 20 faizə qədəri ixtisar edilə bilər. Bu isə təxminən 600 nəfərin işdən çıxarılması deməkdir. Şirkətdə hazırda 3 minə yaxın əməkdaş çalışır.Aston Martin rəhbərliyi qərarı qlobal bazarlardakı çətinliklərlə əlaqələndirib. Bildirilir ki, ABŞ-ın idxal tarifləri və Çin bazarında tələbatın zəifləməsi şirkətin maliyyə nəticələrinə mənfi təsir göstərib.Şirkət hesab edir ki, planlaşdırılan ixtisarlar illik təxminən 40 milyon funt sterlinq qənaət etməyə imkan verəcək. Qərarın mərhələli şəkildə həyata keçiriləcəyi qeyd olunur.Jalə

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
13
demokrat.az

1Sources