AzVision.az xəbər verir ki, ukraynalı məmutra və telefon danışığının məzmununu ilə tanış olan iki mənbəyə istinad edən “Axios” portalı belə məlumat yayıb.
“Zelenski daha sonra müharibənin bu il bitəcəyinə ümidvar olduğunu, Tramp isə müharibənin çoxdan davam etdiyini və bir ay ərzində bitməsini istədiyini bildirib”,- xəbərdə deyilir.
Xatırladaq ki, Donald Tramp və Volodimir Zelenski fevralın 25-də yarım saatlıq telefon danışığı aparıblar ki, bu da onların 2026-cı ilin yanvar ayının sonunda Davosda keçirdikləri görüşdən bəri ilk ünsiyyəti olub. Köməyinə görə Amerika liderinə təşəkkür edən Zelenski vurğulayıb ki, yalnız Tramp Rusiya prezidenti Vladimir Putini müharibəyə son qoymağa inandıra bilər.
“Axios” Trampla Zelenski arasında telefon danışığının çox səmimi və müsbət keçdiyini vurğulayır.
- Söhbət Rusiyanın Ukraynaya müdaxiləsinin dördüncü ildönümündən bir gün sonra və Trampın elçiləri Cared Kuşner və Stiv Uitkoffun Cenevrədə Zelenskinin danışıqlar qrupu ilə görüşündən bir gün əvvəl baş tutub”,- portal yazır.
Sahil İsgəndərov
AzVision.az