Kürdəmirdə yük maşını piyadanı vurub öldürüb.
Hadisə dünən günorta saatlarında baş verib. 1969-cu il təvəllüdlü Müşfiq Nəsir oğlu Nəsirov idarə etdiyi MAN markalı avtomobillə Kürdəmir şəhəri ərazisində hərəkətdə olarkən yolu keçmək istəyən piyada 1949-cu il təvəllüdlü Teyyub Ələmdar oğlu Əliyevi vurub. T.Əliyev Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.