EN

Ölkədə vaxtı keçmiş kreditlər 17%-dən çox artıb

BAKI, 26 fevral. TELEQRAF

Cari ilin fevralın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 557.5 milyon manat təşkil edib.

Teleqraf Mərkəzi Banka istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,34% çoxdur.

Ölkədə vaxtı keçmiş kreditlərin məbləği ötən ilin dekabr göstəricisinə nisbətən isə 6,30% artıb.

Yanvarın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,7% təşkil edib.

Chosen
3
teleqraf.com

1Sources